Gitaranı düzgün kökləmək
Gitara ifa etməyə başlamazdan əvvəl onu mütləq kökləməlisiniz: simləri istədiyiniz səs səviyyəsində səsləndirəcək şəkildə sıxmalı və ya özünüzə tərəf burmalısınız. Gitara tənzimlənməsi qulaq və ya xüsusi bir kökləyici cihaz (Tüner) vasitəsilə edilə bilər. Gitaranın düzgün tənzimlənməsi- hansı sim hansı notu səsləndirməlidir?
- 1-ci sim (ən incə) - E (mi)
- 2-ci sim - B (si)
- 3-cü sim - G (sol)
- 4-cü sim - D (re)
- 5-ci sim - A (lya)
- 6-cı sim - E (mi)
Smartfonların geniş istifadə olunduğu hazırki dövrdə siz telefonunuza çox rahatlıqla tüner proqramını (GuitarTuna) yükləməklə asanlıqla qısa müddətdə gitaranızı kökləyə bilərsiniz.Tüner prinsipi sadədir:
- İlk növbədə birinci simə toxunulur.
- Tüner mikrofondan istifadə edərək səs səviyyəsini götürür və nəticəni ekranda göstərir.
- Tünerə baxılır və gördüklərinizdən asılı olaraq gitaranın simini lazımı qədər sıxır və ya zəiflədirsiniz.
Not ardıcıllığı:
C - C # - D - D # - E - F - F # - G - G # - A - A # - H (B) - C
- 1-ci sim (ən incə) = E (mi) əgər tünerdə C, C #, D və ya D # göstərirsə deməli E notuna çatana qədər sola fırladaraq sıxmalısınız, F, F #, G və ya G #həriflərini göstərirsə və sim çox tarım vəziyyətdədirsə mütləq sağa tərəf burub zəiflədilməlidir.
- 2-ci sim = B (si) əgər tünerdə G, G #, A və ya A # göstərirsə sim sıxılmalı C, C #, D və ya D # dirsə, o zaman zəiflədilməlidir.
- 3-cü sim = G (sol) əgər tünerdə D #, E, F və ya F # göstərirsə simi eyni qaydada sıxırıq , G #, A, A # ,B göstərirsə o zaman zəiflədilməlidir.
- 4-cü sim = D (re) / əgər tünerdə A #, H (B), C və ya C # göstərərsə simi sıxırıq , D #, E, F və ya F # göstərərsə zəiflədirik.
- 5-ci sim = A (lya) / tünerdə F, F #, G və ya G # göstərirsə simi sıxırıq, A #, H (B), C və ya C # göstərirsə zəiflədirik.
- 6-cı sim = E (mi) / tünerdə C, C #, D və ya D # göstərirsə simi sıxırıq, F, F #, G və ya G # olarsa simi zəiflədirik.
Bu mövzuda daha ətraflı yaxın zamanlarda video dərslərimiz olacaq.
Yazılma tarixi
Mart 2021